Ruslar Ermənistanda “super toxumlar” yaradır

22-01-2022, 12:38           
Ruslar Ermənistanda “super toxumlar” yaradır
Yaxın vaxtlarda Ermənistanda qlobal istiləşməyə tab gətirə bilən taxıl bitkiləri peyda olacaq. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, bunun üzərində ötən ilin sonunda yaradılmış Zaqafqaziyada ən böyük seleksiya stansiya olan Gümrü seleksiya idarəsi və N.İ. Vavilov adına Ümumrusiya Bitki Genetik Ehtiyatları İnstitutunun erməni-rus qrupu işləyir.

- Hazırda kənd təsərrüfatında istifadə olunan toxumların yaxın gələcəkdə məhsuldarlığı azaldacaq. Onları əvəz edəcək və məhsuldarlıq itkisinə yol verməməyən, iqlim dəyişikliyinə uyğunlaşan toxumlar əldə etməliyik. Bizə "super toxum" lazımdır və onlar mütləq Ermənistanda yaradılacaq. Son illər məlum proseslərin inkişaf dinamikasını və kənd təsərrüfatı bitkilərinin orta məhsuldarlığının aşağı düşməsini nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, hazırda istifadə olunan toxumlar normal şəraitdə kifayət qədər məhsuldarlıq verə bilməyəcək və öz aktuallığını xeyli itirəcək.Ona görə də quraqlığa, istiyə davamlı toxumların seleksiyası və toxumçuluqla bağlı elmi işlərə başlamaq lazımdır-deyə Gümrü seleksiya stansiyasının direktoru David Martirosyan jurnalistlərə açıqlamasında deyib.

Stansiya rəhbəri iddia edib ki, yaxın 2 il ərzində birgə fəaliyyətlərinin nəticəsini görəcəklər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.