Omikronun yeni altvariantı ortaya çıxdı

24-01-2022, 00:05           
Omikronun yeni altvariantı ortaya çıxdı
Danimarkada koronavirusun Omikron ştammının yeni altvariantı olan BA.2 dominantlıq təşkil edib.

KONKRET.az xəbər verir ki, bu barədə SVT telekanalı məlumat yayıb.

Bildirilib ki, bu ilin ikinci həftəsində BA.2 yeni yoluxmaların 45%-ni təşkil edib.

Oxşar hallar Norveç və Böyük Britaniyada da müşahidə olunub. İsveçdə 481 yoluxma qeydə alınıb.

Danimarka Dövlət Səhiyyə İnstitutun tədqiqatçısı Anders Fomsgaard BA.1 variantından sağalmış şəxslərin BA.2 variantına qarşı immunitetinin zəif olacağını və yenidən xəstələnmək ehtimalını qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.