Bu gündən COVID-19-a yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək

24-01-2022, 08:22           
Bu gündən COVID-19-a yoluxan təyyarə ekipajı ilə təmasda olan işçilər test verməyəcək
Bu gündən Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ına dəyişikliyi qüvvəyə minib.

“Report” xəbər verir ki, dəyişikliyə əsasən, təyyarə ekipajında işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlar evdə izolyasiya olunmalıdırlar.

Qeyd edək ki, indiyə qədər işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalı idi.

Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru