Bu xəstəxanalarda tibbi xidmət pulsuz oldu - Hamı yararlana bilər

25-01-2022, 00:08           
Bu xəstəxanalarda tibbi xidmət pulsuz oldu -
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi daha 7 tibb müəssisəsi ilə müqavilə bağlayıb.

Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin sayı 27-dən 34-ə qədər yüksəlib.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər.

Vətəndaş verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru