Nazirlikdən "Bəzgək" ovlayan ərəblərlə bağlı AÇIQLAMA - VİDEO / YENİLƏNİB

25-01-2022, 11:28           
Nazirlikdən "Bəzgək" ovlayan ərəblərlə bağlı AÇIQLAMA -
Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycanda "Bəzgək” ovlamalarını əks etdirən kadrlar yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar.

“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.

***10:31

Sosial şəbəkələrdə ərəb turistlərin Azərbaycanda "Bəzgək” ovlamalarını əks etdirən kadrlar yayılıb.

Teref.az "unikal"a istinadən xəbər verir ki, kadrların Tovuz rayonu ərazisində lentə alındığı iddia edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru