Mağazadan 500 min dollara uşaq almaq istədi - FOTO

26-01-2022, 09:35           
Mağazadan 500 min dollara uşaq almaq istədi - FOTO
ABŞ-ın Texas ştatında başqasının uşağını satın almağa cəhd edən qadın həbs edilib.

Məlumata görə, hadisə yerli supermarketlərin birində baş verib.

49 yaşlı Rebekka Taylor, iki uşağı ilə kassada növbəyə dayanan qadına yaxınlaşıb, qucağındakı mavi gözlü və sarı saçlı körpəni oynadıb, sonra isə bu uşağı satın almaq istədiyini deyib. Ana onun zarafat etdiyini sanaraq gülüb. Lakin Teylor niyyətində ciddi olduğunu deyib və hazırda maşhınında 250 min dollar (425 min manat) olduğunu deyib.

Ana ondan uzaqlaşıb, lakin mağazadan çıxarkən Teylor ona bir daha yaxınlaşaraq körpə müqabilində 500 min dollar (850 min manat) verməyə hazır olduğunu deyib. Bundan sonra ana hadisə ilə bağlı polisə müraciət edib.

Teylor saxlanılıb. Lakin bir müddət sonra girov müqabilində buraxılıb.

Fox News












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru