Sultan qızının toyu 7 gün sonra başa çatdı

26-01-2022, 10:14           
Sultan qızının toyu 7 gün sonra başa çatdı
Bruney sultanı Hassanal Bolkiahın qızı, 36 yaşlı şahzadə Fadzillanın toyu başa çatıb.

Paralel.az xəbər verir ki, şahzadə Avanq Abdullah Nabil Mahmud Al-Hashimi adlı gəncə ərə gedib.

Toy bir həftədən çox davam edib. Təntənəli mərasim yanvarın 16-da Bruney sultanının qızının evlənməsinə rəsmi xeyir-dua verməsi ilə başlayıb.

Yanvarın 20-də toyun dini hissəsi Bruneyin paytaxtı Bəndər Seri Beqavandakı Ömər Əli Seyfuddin məscidində baş tutub. Şənlik yanvarın 23-də Kral Sarayında başa çatıb.

Qeyd edək ki, şahzadə Fadzilla Sultanın və monarxın boşandığı ikinci həyat yoldaşı Məryəm Əbdül Əzizin qızıdır. O, Hassanal Bolkiahın on iki övladının doqquzuncudur.

Şahzadə Londonda Kinqston Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib.

Fadzilla Bruney milli netbol komandasına rəhbərlik edir və sağlamlıqla bağlı xeyriyyə layihələrində iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru