FED qərarını açıqladı - Uçot dərəcəsini yenə 0-0,25 faiz səviyyəsində saxlayıb

27-01-2022, 08:53           
FED qərarını açıqladı -
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsi uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb. "Report" xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir.

Komitə uzunmüddətli perspektivdə əmək bazarında maksimum məşğulluğu və inflyasiyanı 2% səviyyəsində saxlamağı hədəfləyir.

FED fevraldan etibarən balansındakı dövlət istiqrazlarının həcmini aylıq azı 20 milyard dollar, ipoteka ilə təmin edilmiş qiymətli kağızların isə azı 10 milyard dollar artıracaq.

Bununla yanaşı, FED fevralda bazardan aylıq aktivlərin geri alınmasının həcmini 60 milyard dollardan 30 milyard dollara qədər azaldacaq.

Qeyd edək ki, FED dekabrın 3-də də uçot dərəcəsini 0-0,25 % səviyyəsində saxlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.