Misirdə rekord yoluxma qeydə alındı

27-01-2022, 09:57           
Misirdə rekord yoluxma qeydə alındı
Misirdə pandemiyanın başlanğıcından bəri sutka ərzində rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb.

Ölkənin Səhiyyə Nazirliyinin sözçüsü Hussam Abdulqaffar bildiirb ki, gün ərzində 1809 yeni koronavirus xəstəsi aşkar edilib.
Onun sözləirnə görə, hazırda ölkə koronavirusun beşinci dalğasını yaşayır.

Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə Misirdə pandemiya başlayandan indiyədək 413 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. Həmçinin, 347 mindən çox xəstə sağalıb, 22 mindən çox insansa dünyasını dəyişib.

Bununla yanaşı, artıq 25 milyondan çox vətəndaş iki doza peyvəndlə vaksinasiya olunub.

Mənbə: “RİA Novosti”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru