Dünya bazarında “kripto qış”ın başlanacağı proqnozlaşdırılırdı

27-01-2022, 10:18           
Dünya bazarında “kripto qış”ın başlanacağı proqnozlaşdırılırdı
Dünya bazarında tezliklə “kripto qış” başlaya bilər. İnvestorlar aktivlərin kəskin satışından özlərinə gəlməyə başlayıb, “Bitcoin” son düşmədən bir qədər bərpa olunub, lakin gələcəkdə işlər daha da pisləşə bilər.

Bu barədə ekspertlər xəbərdarlıq ediblər.

Bazarda 2017-ci və 2018-ci illərin vəziyyətinin təkrarlanmasını gözlənilir, həmin vaxt bitkoinin dəyəri tarixi maksimuma nisbətən 80 faiz aşağı düşmüşdü.

“Meta” kriptoqrafiyasının keçmiş rəhbəri David Markus “kripto qış”ın artıq gəldiyinə əmindir.

“Yenidən diqqəti tokenləri vurmağa deyil, real problemlərin həllinə yönəltməyin vaxtıdır”, - deyə o, “Twitter”də yazıb.


“L'Atelier” tədqiqat şirkətinin əməkdaşı Nadia İvanova isə əks fikirdədir. O hesab edir ki, “kripto qış” hələ gəlməyib, bazar sadəcə soyuyub.

“Son bir il ərzində bir çox tərtibatçı NFT-lərdə və digər rəqəmsal aktivlərdə spekulyasiyadan asan qazanc əldə etməklə diqqətini yayındırıb, - deyə o, bildirib.

“Quantum Fintech Group”un təsisçisi Harry Ye hazırda kriptovalyuta bazarının super artım dövrü ərəfəsində olduğunu, ona görə də bitkoinin gələcəkdə 900 faiz bahalaşa biləcəyini deyib. Onun proqnozlarına görə, ən populyar kriptovalyutanın qiyməti bu il 400 min dollara çata bilər.

Mənbə: CNBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru