Rusiya vətəndaşlığı alan ermənilərin sayı rekord həddə çatdı

27-01-2022, 10:49           
Rusiya vətəndaşlığı alan ermənilərin sayı rekord həddə çatdı
Ötən il 46 min 900-dən çox erməni Rusiya vətəndaşlığı alıb.

Axar.az xəbər verir ki, bu haqda Ermənistan mətbuatı rəsmi statistikaya əsaslanaraq məlumat yayıb. Bu isə son illərin rekord göstəricisidir. Ümumilikdə isə 2017-2021-ci illər arasında 153 min 800 erməni vətəndaşı Rusiya pasportu alıb.

Ermənistan əhalisinin ölkəni kütləvi şəkildə birdəfəlik tərk etməsinin başlıca səbəbi yoxsulluq, işsizlik, aşağı maaş və inflyasiyadır. Digər tərəfdən 44 günlük müharibədə Azərbaycanın zəfər qazanması da ermənilərin xaricə üz tutmasının əsas səbəblərindən sayılır. Belə ki, onların çoxu ölkənin gələcəyini qaranlıq gördüklərini ifadə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru