Erməni "qaçqınlar" İrəvanda etiraz aksiyası keçiriblər

27-01-2022, 16:53           
Erməni "qaçqınlar" İrəvanda etiraz aksiyası keçiriblər
Bu gün bir vaxtlar Qarabağda məskunlaşdırılmış erməni "qaçqınlar" İrəvanda növbəti dəfə etiraz aksiyası keçiriblər. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, "qaçqınlar" statuslarının dəqiqləşdirilməsi tələbi ilə Ermənistan Xarici İşlər Nazirliyinin binasının qarşısında toplaşıblar.

- “Hadrut naminə” qeyri-hökumət təşkilatının rəhbəri Levon Hayriyan jurnalistlərə bildirib ki, Ermənistanın bütün hakimiyyət orqanları "Dağlıq Qarabağ"ın tanınması məsələsinə məhəl qoymayıb və nəticədə xeyli ərazilər əldən çıxdı. Onun sözlərinə görə, etirazçılar o rəsmilərə qarşı çıxırlar ki, onlar Qarabağ torpaqlarını ya birbaşa, ya da dolayısı yolla Azərbaycana aid olduğunu etiraf edir,-məqalədə yazılıb.

Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağdan olan qaçqınlara 300 mənzil verilməsi ilə bağlı bəyanatından da hiddətləniblər. Onların sözlərinə görə, söhbət cəmi 108 evdən gedir və bu da yalnız Qarabağın dağlıq hissəsinıə aiddir(Hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi Xankəndi nəzərdə tutulur-red.)

- Xarici İşlər Nazirliyindən isə etirazçılara bildiriblər ki, bəzi işçilər koronavirusla bağlı distant qaydada işləyir. Nazir Ararat Mirzoyan yerində olmadığı üçün onları qəbul edə bilməyəcək. Lakin qaçqınlara yaxın günlərdə görüş təşkil edəcəkləri söz verilib. Bunun ardınca etiraz aksiyasının bəzi iştirakçıları BMT-nin Ermənistandakı ofisinin binasının qarşısına gediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.