Ukrayna atəşkəsi pozdu - Dövlət qulluqçusu həlak oldu

28-01-2022, 08:13           
Ukrayna atəşkəsi pozdu -
Ukrayna Silahlı Qüvvələri on gündə ilk dəfə atəşkəsi pozub. Atışma zamanı Luqansk Xalq Respublikasının milis əməkdaşı həlak olub.

Ednews yazır ki, məlumatı Luqansk Xalq Respublikası Milis İdarəsi Departamentinin mətbuat xidmətinin zabiti Aleksandr Mazeykin verib. O, bildirib ki, on günlük sükutdan sonra Ukrayna təhlükəsizlik qüvvələrinin ilk atəşi zamanı Luqansk Xalq Respublikası milis əməkdaşı ölüb.

Mazeykinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 30-cu briqadası Kiyevin nəzarəti altında olan Troitskoye kəndi ərazisindəki mövqelərindən Luqansk Xalq Respublikasının Veseloqorovka ərazisini ağır tank əleyhinə qumbaraatanlardan, pulemyot və iri çaplı silahlardan atəşə tutub.

Dövlət rəsmisi onu da qeyd edib ki, yanvarın 17-dən bu günədək Ukrayna Silahlı Qüvvələri atəşkəsi pozmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru