İranın “Rəmzrial” dövlət kriptovalyutası istifadəyə veriləcək

28-01-2022, 10:19           
İranın “Rəmzrial” dövlət kriptovalyutası istifadəyə veriləcək
İran Mərkəzi Bankı “Rəmzrial” adlı milli kriptovalyutasının tezliklə rialın rəqəmsal əskinasları şəklində ictimaiyyətə təqdim ediləcəyini açıqlayıb.

Bu barədə Bankın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Mustafa Kamerivəfa məlumat verib.


O bildirib ki, milli kriptovalyutanın istifadəsində banklara ehtiyac olmayacaq:

“Yeni maliyyə alətinin xüsusiyyətləri daha yüksək ödəniş sürəti və daha yüksək təhlükəsizliyi təmin etməsidir. Bu, e-ticarətin inkişafı üçün yeni bir mərhələdir”, - deyə bank rəsmisi bəyan edib.

Qeyd edək ki, İran dünyada kriptovalyuta istehsalının ən çox həyata keçirildiyi ölkələr sırasındadır. Ekspertlərin fikrincə, cənub qonşumuz bu yolla ABŞ sanksiyalarının təsirindən qurtulmağa çalışır.

Mənbə: TRT












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru