Sarkisyan 500 min dollar qarşılığında vətəndaşlığını dəyişd

19-03-2022, 00:05           
Sarkisyan 500 min dollar qarşılığında vətəndaşlığını dəyişd
Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan 500 min dollarlıq sərmayə qarşılığında Karib hövzəsinin Sent-Kits və Nevis ştatının vətəndaşlığını alıb.

Manşet.az xəbər verir ki, bu barədə hetq.am bu cür əməliyyatlarla məşğul olan “Henley and Partners” şirkətindən ona daxil olan sənədlərə istinadən məlumat yayıb. Bildirilir ki, Sarkisyan hələ 2013-cü ildə ada dövlətinin vətəndaşı olub. Bu isə Ermənistan Konstitusiyasına ziddir.

Belə ki, qanuna əsasən yalnız son 6 ildə Ermənistan vətəndaşı olan şəxs ölkə prezidenti seçilə bilər və Sarkisyan bu posta 2018-ci il martın 2-də seçilib. Bu il yanvarın 23-də istefa verdikdən bir gün sonra onun Sent-Kits və Nevisin vətəndaşı olduğu üzə çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru