Belarusun Ukraynadakı səfirliyinin sonuncu əməkdaşları Ukraynanı tərk edib.
Teref.az-ın məlumatına görə, bunu Belarus Mərkəzi Televiziyasına ölkənin Kiyevdəki səfiri İqor Sokol bildirib.
“XİN rəhbərliyi səfirliyin təxliyəsinə qərar verdi. Sonuncu 11 əməkdaş və onların ailə üzvləri Ukraynanın təqdim etdiyi koridorla ölkəni tərk edib” – deyə səfir vurğulayıb.