Hindistanda futbol matçı zamanı tribuna çökdü - 200-dən çox insan xəsarət aldı - VİDEO

21-03-2022, 00:05           
Hindistanda futbol matçı zamanı tribuna çökdü - 200-dən çox insan xəsarət aldı - VİDEO
Hindistanın Kerala ştatında futbol matçında stadionun tribunasının uçması nəticəsində 200-dən çox insan xəsarət alıb.

KONKRET.az “The Sun”a istinadla xəbər verir ki, onlardan ən az beş nəfər ağır yaralanıb.

Tribunanın çökməsindən sonra tamaşaçılar arasında çaxnaşma başlayıb. Projektorun da yıxılması qığılcımların sıçramasına səbəb olub.

Nəşrin məlumatına görə, müvəqqəti stend 3,5 min tamaşaçı üçün nəzərdə tutulsa da, ora demək olar ki, səkkiz min nəfərin daxil olmasına icazə verilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, insident şənbə günü yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 19:30) Malappuram şəhərində baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başqa təfərrüatları açıqlanmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru