“Rusiyada tikiş istehsalatı üçün düymə çatışmır” - Nabiullina

23-04-2022, 07:41           
“Rusiyada tikiş istehsalatı üçün düymə çatışmır” - Nabiullina
Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina bəyan edib ki, bir çox tikiş istehsalı sahələri bu ölkəyə tətbiq edilmiş sanksiyalar səbəbilə furnitür əldə etməkdə çətinliklə qarşılaşıblar.

«Vedemosti»nin xəbər verdiyi kimi, Nabiullina xüsusilə düymə çatışmazlığını qeyd edib.

«Onları haradasa çoxlu hazırlayırlar, amma bax, müəssisələrdə bizə deyirlər ki, onların qiymətləndirməsinə görə, yeni həmkarların axtarışı, logistikanın yenidən qurulması - bir neçə ay vaxt apara bilər» - Nabiullina xəbər verib.

Mərkəzi Bankın sədri qeyd edib ki, oxşar situasiya kağız sənayesində də xaricdən alınan ağardıcı kimyəvi maddələrin çatışmazlığı üzündən yaşanır. Onun sözlərinə görə, istehsalçılar özləri kimyəvi maddələr hazırlanması ilə məşğuldurlar və alternativ tədarükçülər axtarırlar, amma buna da vaxt lazımdır.

Nabiullina bildirib ki, Rusiya iqtisadiyyatının strukturunun yenidən qurulması uzun vaxt apara bilər. Bu dövr ərzində xidmət istehsalçılarında müxtəlif problemlər yarana bilər.

Xatırladırıq ki, aprelin 13-də Federasiya Şurasının spikeri Valenina Matviyenko təəccüblə demişdi ki, Rusiya nəhəng metal istehsalçısı olsa da mismarı xaricdən alır.

Təzada bir baxın, sağa-sola «İskəndər» raketi atıb da lovğalanan Rusiya adi düyməni, mismarı da xaricdən alır…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.