Rusiya Gömrük Xidməti idxal-ixrac statistkasının dərcini dayandırıb - Nəyi gizlədirlər?

23-04-2022, 07:48           
Rusiya Gömrük Xidməti idxal-ixrac statistkasının dərcini dayandırıb - Nəyi gizlədirlər?
Rusiya Federal Gömrük Xidməti müvəqqəti olaraq, ixrac-idxal üzrə statistkanın dərcini dayandırır - guya möhtəkirlikdən və qeyri-korrekt qiymətləndirmədən qaçmaq məqsədilə.

«İnterfaks»ın xəbər verdiyi kimi, bu barədə Rusiya Gömrük Xidmətinin başçısı Vladimir Bulavinov bəyan edib.

«FGX idxal-ixrac üzrə statistikanı dərc etmir - qeyri-korrekt qiymətləndirmədən, möhtəkirlikdən və idxal üzrə tədarüklərin müxtəlif cür yozulmasından qaçmaq üçün mən, bu qərarı dəstəkləyirəm» - baş gömrükçü deyib. Onun sözlərinə görə bu, müvəqqəti tədbirdir.

Heç şübhə yoxdur ki, xarici ticarətin iflic vəziyyətinə düşməsini ört-basdır etmək və geniş ictimaiyyətdən gizlətmək üçün ölkə rəhbərliyi mümkün olan hər şeyi etməkdən çəkinmir. Gömrük xidmətinin məlum qərarı da bu sıradandır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru