Lavrov Ukraynadakı əməliyyatın bitəcəyi vaxtı açıqladı

30-04-2022, 00:24           
Lavrov Ukraynadakı əməliyyatın bitəcəyi vaxtı açıqladı
“Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatı yalnız məqsəd və vəzifələri yerinə yetirildikdə başa çatacaq”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Əl-Ərəbiyyə"yə müsahibəsində əməliyyatın mayın 9-da bitib-bitməyəcəyi ilə bağlı suala cavabında deyib.

“Sizə təsvir etdiyim məqsədlər reallaşandan və nəticələr olandan sonra bu əməliyyatlar bitəcək”, - deyə nazir bildirib.

Qeyd edək ki, daha əvvəl də Sergey Lavrov xüsusi əməliyyatın müqavilə ilə başa çatacağını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru