İrlandiya Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya verməyə hazırdır

30-04-2022, 00:30           
İrlandiya Rusiyanın dondurulmuş aktivlərini Ukraynaya verməyə hazırdır
İrlandiya Rusiyanın 1,2 milyard avro dondurulmuş (Avropa İttifaqının sanksiyaları çərçivəsində) aktivlərini Ukraynanın bərpasına yönəltməyə hazırdır.

Bu barədə aprelin 29-da ölkənin XİN başçısı Saymon Koveni bəyan edib.

«Avropa İttifaqının bəzi üzv ölkələri Ukraynadakı situasiyaya görə dondurulmuş Rusiya aktivləri üzərinə həbs qoyulmasını və onların o cümlədən, Ukraynanın bərpasında istifadəsini təklif ediblər. Mən, bu təklifə açığam» - «İrish Times» qəzeti nazirdən sitat gətirir.

Koveni qeyd edib ki, bu qərarın təsdiqindən sonra geniş müzakirə aparmaq lazımdır ki, dəqiq və etibarlı hüquqi bazaya zəmanət olsun. Qəzet həm də xəbər verir ki, İrlandiya müxalifətinin nümayəndələri dondurulmuş Rusiya vəsaitlərinin İrlandiyadakı Ukrayna qaçqınlarına humanitar kömək qismində istifadəsini təklif edib.

İrlandiya hakimiyyətinin məlumatına görə, ölkədə Rusiyanın 1,2 milyard avro aktivi dondurulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru