"Sərxoş ruslar 15 yaşlı qızı zorlayıb, telefona çəkdilər" -

30-04-2022, 12:15           
"Sərxoş ruslar 15 yaşlı qızı zorlayıb, telefona çəkdilər" -
Kiyevətrafı ərazilərin işğalı zamanı insanları xilas edən Qazaxıstan vətəndaşı ruslar tərəfindən uşağın zorlanması ilə bağlı dəhşətli hadisəni danışıb.

KONKRET.az xəbər verir ki, Kanal 24-ə müsahibə verən Konstantin Kyastutisoviç Vorzeldə rusların 15 yaşlı qıza təcavüz və təhqir etdiyini bildirib. Bundan başqa, 14 yaşlı qardaşı uşağın gözü qarşısında öldürülüb, anası isə güllələnib. Qadın iki gün qan itirdikdən sonra ölüb. Qızın özü on gün zirzəmidə saxlanılıb.

“Uşaq mənə bütün olanları danışanda iki gün yata bilmədim. Ertəsi gün Vorzelə getmədim, sadəcə ağladım. 21-ci əsrdə insanların bunu edə biləcəyini təsəvvür edə bilməzdim. 20 yaşlı ruslar içkili halda qızı ələ salıb, zorlayıb, telefonla çəkiblər. Ukraynaya olan bütün nifrətlərini əslində bu 15 yaşlı qızın üzərində göstəriblər”, – deyə Kyastutisoviç əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru