Rusiya ordusu daha bir general itirdi - Ukrayna ordusu general-mayor Andrey Simonovu mıhv etdi

3-05-2022, 21:37           
Rusiya ordusu daha bir general itirdi - Ukrayna ordusu  general-mayor Andrey Simonovu mıhv etdi
Rusiya ordusunda iki faciə birdən baş verib: Rusiya Federasiyasının Baş Qərargah rəisi Gerasimov yaralanıb, Rusiya Silahlı Qüvvələrinin general-mayoru Andrey Simonov ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatlar Rusiya KİV-də yer alıb. Ukraynanın İzyum istiqamətində Rusiya Federasiyası Silahlı Qüvvələrinin general-mayoru Andrey Simonov öldürülüb. Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimov da zərbə sahəsinin yaxınlığında olub, o yaralanıb.

“Beş gün ərzində qərargahlara üç zərbə endirilməsi nəticəsində 200-ə yaxın insan həlak olub. Onların arasında ən azı 30 yüksək rütbəli zabit, komandir bir komanda məntəqəsində öldürüldü. Çox yüksək rütbəli birini mühafizə edən elit rus xüsusi təyinatlılarından biri xüsusi olaraq yaralandı” – deyə Feyqin Live YouTube kanalında məlumat verilib.
NYT yazır ki, ölənlərdən biri general-mayor Andrey Simonovdur.

Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru