Almaniya və Ukrayna XİN başçıları taxıl ixracı barədə müzakirələr aparıb

27-05-2022, 09:08           
Almaniya və Ukrayna XİN başçıları taxıl ixracı barədə müzakirələr aparıb
Almaniyanın xarici işlər naziri Annalena Berbok ukraynalı həmkarı Dmitro Kuleba ilə telefon danışığı aparıb.

"Report" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

"Söhbətin əsas mövzusu Rusiya tərəfindən bloklanan Ukrayna taxılının ixracı üçün mümkün həll yolları, o cümlədən ərzaq böhranının qarşısının alınması məsələsi olub", - məlumatda deyilir.

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə dünyada taxıl tədarükünün pozulmasına gətirib çıxarıb ki, bu da dünyanın bir sıra ölkələrində ərzaq böhranı riskini artırır. İlin əvvəlindən buğda və qarğıdalının qiymətləri 30% artıb, çünki döyüşlər azad ticarətə mane olur və əsas istehsal proseslərini pozur. Bununla bağlı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Rusiya və Ukraynadan ərzaq tədarükündən asılı olan ölkələrə alternativ tədarükçülər tapmağı, eləcə də öz istehsallarını diversifikasiya etməyi tövsiyə edib.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.