Putin bunkerdə gizlənəcək, onu dublyor əvəz edir - İDDİA

19-08-2022, 00:04           
Putin bunkerdə gizlənəcək, onu dublyor əvəz edir - İDDİA
Kreml Rusiya Prezidenti Vladimir Putinin səhhətinin pisləşməsi səbəbindən tezliklə onu bunkerdə gizlətməyə hazırlaşır.

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın “General SVR” teleqram kanalı yazıb.

Rusiyada kifayət qədər etibarlı mənbə hesab olunan kanal iddia edir ki, Putin bir müddət sonra şəxsən görüşlər keçirə və tədbirlərdə iştirak edə bilməyəcək.

“O, Rusiya Federasiyasında koronavirusa yoluxma hallarının artmasını iddia edərək bunkerdə gizlənəcək. O işlərini artıq uzaqdan idarə edəcək. Vacib görüşlərdə isə texnologiyanın gücündən istifadə edir. Bu texnologiyalar o qədər mütərəqqi və yüksək keyfiyyətlidir ki, peşəkar proqramlar hətta "saxtanı" aşkar edə bilmir. Prezidentin dublyorları da var. Son vaxtlar hətta ictimai çıxışlarda da sınaqdan keçirərək tez-tez istifadə olunur”, - deyə məlumatda qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru