"British Airways" gələn ilin martınadək minlərlə reysi ləğv edəcək

23-08-2022, 09:44           
"British Airways" gələn ilin martınadək minlərlə reysi ləğv edəcək
Böyük Britaniyanın "British Airways" aviaşirkəti oktyabrın sonuna qədər əlavə uçuşları, qışda isə minlərlə reysi ləğv edəcək.

TEREF Trend-ə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsinin açıqlamasında deyilir.

"Müştərilərimizin böyük əksəriyyəti planlaşdırıldığı kimi səyahət edəcək və biz [payız] aralıq tətili üçün əsas istiqamətləri saxlayacağımıza baxmayaraq, oktyabrın sonuna qədər növbəti uçuşların ləğvinə getməli olacağıq. Bundan əlavə, biz qış dövründə xidmətlərimizdən istifadə edəcək müştərilərə bəzi cədvəl dəyişiklikləri, o cümlədən qısamüddətli uçuşların bəzilərinin birləşdirilməsi barədə əvvəlcədən xəbərdar edirik", - deyə nümayəndə bildirib.

Telekanal qeyd edir ki, ümumilikdə martın sonuna kimi aviaşirkətin reyslərinn 8 faizi və ya 10 minə yaxın reysi ləğv ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru