“TJournal” bağlandığını elan edib - FOTO

23-08-2022, 12:54           
“TJournal” bağlandığını elan edib - FOTO
Rusiyanın “TJournal” (TJ) xəbər portalının redaktorları layihənin bağlandığını elan ediblər.

Açıqlamada bildirilir ki, son iş günü sentyabrın 10-u olacaq.

Layihə rəhbərliyinin sözlərinə görə, xəbər aqreqatoru 11 ildən artıq fəaliyyət göstərib, lakin 2022-ci ildə Ukraynada xüsusi əməliyyat başlayandan sonra qoyulan məhdudiyyətlər səbəbindən işini davam etdirməsi qeyri-mümkün olub. Redaktorlar layihənin saytının bloklandığını xatırladıblar.

“TJ-nin inkişafı və dəstəklənməsi üçün vəsait tükəndi. İşçilərin addım-addım ixtisarı da kömək etmədi”, - deyə redaksiyadan təəssüflə əlavə edilib.

Qeyd edək ki, mart ayında “Roskomnadzor” (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitələrə Nəzarət Federal Xidməti) onlayn nəşrə girişi Rusiya Baş Prokurorluğunun 27 fevral tarixli tələbi ilə Rusiya Federasiyasında məhdudlaşdırıb.
https://twitter.com/tjournal/status/1561658675248435200?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1561658675248435200%7Ctwgr%5E254c87022356f293911c6f476df5e15ed0dace3b%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Foxu.az%2Fworld%2F635253












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru