NASA yeni proqram təqdim etdi: Marsda öz səsinizi eşidə bilərsiniz

24-08-2022, 11:24           
NASA yeni proqram təqdim etdi: Marsda öz səsinizi eşidə bilərsiniz
NASA yeni proqram təqdim edib. Bu yenilik Marsda öz səsinizi eşitməyə imkan verir.

Qurumun rəsmi saytına daxil olaraq proqramdan istifadə etmək mümkündür.

Proqram Marsdan əldə edilmiş məlumatlara əsaslanır. Bu məlumatlar isə iki mikrofonla təchiz edilmiş “Perseverance” roverindən istifadə etməklə əldə edilir.

“Əgər siz Marsda dayansaydınız, Yer kürəsində eşitdiklərinizin daha sakit və daha aşağı tonda bir versiyasını eşidərdiniz. Marsda atmosfer tamamilə fərqlidir. Yerdə öyrəşdiyimiz bəzi səslər, məsələn fit, zəng və ya quş nəğməsi, orda demək olar ki, eşidilməz olardı. Marsın atmosferi fərqli tərkibə, temperatura və sıxlığa malikdir”, - deyə NASA bildirib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru