Lukaşenko Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik etdi

24-08-2022, 12:38           
Lukaşenko Ukraynanı Müstəqillik Günü münasibətilə  təbrik etdi
Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edən özünü Belarus prezidenti elan edən Aleksandr Lukaşenko Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.

"Unikal" xəbər verir ki, Belarus diktatorunun təbriki Lukaşenkonun saytında dərc olunub .

"Əminik ki, bugünkü ziddiyyətlər iki ölkə xalqları arasında çoxəsrlik səmimi mehriban qonşuluq münasibətlərinin təməlini məhv edə bilməyəcək", - təbrikdə deyilir. “Belarus harmoniyanın qorunub saxlanması, bütün səviyyələrdə mehriban və hörmətli əlaqələrin inkişaf etdirilməsi tərəfdarı olmaqda davam edəcək”.

Lukaşenko ukraynalılara “dinc səma, tolerantlıq, cəsarət, güc və ləyaqətli həyatın bərpasında uğurlar” arzulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru