Caspian Development Bankdan şikayət VAR

23-05-2016, 11:45           

Radikalnews.info-nun xəbərinə görə, bankın “Plastik Kartlar” bölməsinin Müştəri Xidmətindən şikayət olunub. Bununla bağlı RadikalNews.info saytına Anar Hüseynov adlı müştəridən şikayət daxil olub.

Onun sözlərinə görə, bankın işçiləri müştəriyə pul köçürülməsinə görə qəbz yerinə, order verib. Nəticədə müştərinin işini 5 gün yubandırdığına görə bank üzr istəməlidir: “Mənə hər gün deyilir – hörmətli müştəri, narahatlığınızı başa düşürük, baş verən texniki səhvə görə üzr istəyirik.
Sizin probleminiz bir an öncə həll olunacaq və bu gün saat… qədər məbləğ hesabınıza yatırılacaq. Amma saat bəlli deyil. İşçi isə orderi götürüb otaqdan çıxaraq təkəbbürlü tonla “Bu gün QOYULACAQ” dedi. Əgər otaqdan dərhal qaçmasa idi, özünə də başa salardım. Sizə də zəhmət olacaq, amma o gənc oğlanı nə qədər gec deyil başa salın”.
Anar Hüseynovun sözlərinə görə,Bank yeni kart almaq üçün müəllimlərdən sənəd toplanması elə təhsil müəssisələrindəcə həyata keçirilib. “Müəllimlərin söylədiklərinə görə, kartın dəyişdirilməsi üçün onlardan şəxsiyyət vəsiqəsinin 4 surətini alınıb və Təhsil Şöbəsinə göndərilib. TŞ-dən isə Caspian Development Banka təqdim olunub.
Müəllimlərin kartları iyunda hazır olub. Halbuki, kartın hazır olması üçün 3 gün yetərlidi. Əvvəllər kartlar məktəblərə göndərilir və paylanırdı. Bu il müəllimlərə bildirilib ki, banka gələrək maaş kartlarını alsınlar. Bu da bankın qarşısında böyük izdiham yaradıb. Gözləməkdən əsəbləri tarıma çəkilən müəllimlərlə bank işçiləri arasında gərginlik yaşanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.