Daha bir deputatın mandatı şübhə altında - Nəriman Əliyev isə "cəddinə" arxayındır...

23-05-2016, 13:00           
Daha bir deputatın mandatı şübhə altında - Nəriman Əliyev isə "cəddinə" arxayındır...
Masallıdan deputat seçilmiş Nəriman Əliyevin mandatı əlindən alına bilər. Bu barədə DİA.AZ-a hökumətdəki mənbələr informasiya verib. Xəbəri verən qaynaq bildirir ki, keçmiş Milli Təhlükəsizlik Naziri Eldar Mahmudovun sayəsində biznesini çiçəkləndirməyə müvəffəq olmuş Nəriman Əliyev zaman-zaman onun himayəsi altında meydan da sulayıb.

Mənbənin dia.az-a söylədikləri: "Eldar Mahmudov "vurulandan" sonra özünü müəyyən qədər qorumağa müvəffəq olan Nəriman Əliyev son bir neçə ayda böyük çətinlikləri aşmaq zorunda qalıb. Amma proses tam onun istədiyi kimi baş vermədi. Əlində olanlar bir yana, həm də deputat mandatını belə itirmə təhlükəsini yaşayır".

Mənbə iddia edir ki, hələlik bu barədə yekun qərar verilməsə də, Nəriman Əliyev yaxınlarına "mən xilas olmuşam, mandatımı alsaydılar Əsədullayevlə birgə alardılar, ona ayrı, mənə ayrı seçki keçirəsi deyillər ki" deyərək arxayınçılığını da ifadə edib.

Qeyd edək ki, Eldar Mahmudovun yaxın adamlarından olan Çingiz Əsədullayevin mandatıl ləğv edildi və MSK tərəfindən 90 saylı Ağdaş seçki dairəsindən təkrar seçkilər təyin olundu. Artıq həmin dairə üzərə seçki prosesi start götürüb.

DİA.AZ bildirir ki, görünür, nəriman Əliyev də artıq Ağdaşda təkrar seçki prosesinin başladığını nəzərə alaraq, özünün qurtulduğunu iddia edir.

Bununla bağlı danışan mənbə bildirir ki, vəiyyət heç də Nəriman Əliyevin düşündüyü kimi primitiv deyil: "Əgər situasiya dəyişərsə, onun mandatını ləğv etmək iki vur, ikidir və kimsə üşün daha bir təkrar seçki prosesi problem deyil. Yəni deputat boşundan arxayın olmasın".

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.