Qadın alverçilərinin ad oyunu
24-05-2016, 09:18
«Cahargah» hotelinin adı indi də «Santafe Beach» oldu Əxlaqsızlıq yuvasını icarəyə götürən Samir adlı şəxs yay mövsümünü açıq elan edə bilmədiyi üçün obyektin sahibi Kənan Əhmədovla tərsləşib Bildiyiniz kimi, son illər dünya ölkələrinin bir çoxunda insan alveri ilə bağlı dəhşətli statistika yaranıb. Belə ki, hazırda dünyada milyonlarla insan bu cinayətin qurbanına çevrilib. Ki, onların arasında qadınlar çoxluq təşkil edir. Fahişəliyin qeyri-leqal fəaliyyət göstərdiyi ölkələrdə vəziyyət daha acınacaqlıdır. Gundelik-baku.com-un araşdırmaları göstərir ki, bu problem Azərbaycanda da mövcuddur və ilbəil daha kəskin xarakter alır. Ölkəmizdə gənc qızlar əsasən hotel, motel, istirahət mərkəzi və hamam-sauna adı altında fəaliyyət göstərən obyektlərdə cinsi istismara məruz qalırlar. Etiraf etmək lazımdır ki, Daxili İşlər Nazirliyinin (DİN) yetkili şəxsləri bu tip obyektlərdə mütəmadi olaraq tədbirlər həyata keçirir və əxlaqsızlıq yuvası saxlayan şəxslərə qarşı ciddi addımlar atırlar. Amma bütün bunlara baxmayaraq, qadın alveri ilə məşğul olan şəxslərin özbaşına əməllərinin qarşısını birdəfəlik almaq mümkün deyil. Gundelik-baku.com olaraq Hövsan-Türkan şossesində yerləşən «Cahargah» hotelində cərəyan edən iyrənc işlər və əxlaqsızlıq yuvasının sahibi Kənan Əhmədovun kimliyi barədə xəbər vermişdik. Qısaca qeyd edək ki, Kənan Əhmədov həm biznes fəaliyyəti ilə məşğul olur, həm də Bakıdakı dövlət xəstəxanalarından birində uroloq-həkim işləyir. Məlumata əsasən, bu adam eyni zamanda Azərbaycanın əsas taxta idxalçılarından biri sayılır. Onun Rusiyada böyük meşə massivlərinin və Azərbaycanda ucu-bucağı görünməyən taxta bazarının olduğu bildirilir. Amma iş adamının ən gəlirli obyekti məhz «Cahargah» hotelidir. Hansı ki, bu məkanda hər gün yüzdən çox qız cinsi istismara məruz qalır. Əldə etdiyimiz ən son məlumatlara görə, hoteli Samir adlı şəxsə icarəyə verən Kənan Əhmədov aidiyyəti hüquq-mühafizə orqanlarının diqqətindən yayınmaq üçün əxlaqsızlıq yuvasının adını növbəti dəfə dəyişib. Belə ki, bir neçə gün öncə hotelin adı «Sultan Beach» olaraq dəyişdirilib. Lakin ad dəyişməsinə baxmayaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları buranın fəaliyyətinə nəzarəti daha da gücləndiriblər. Kənan Əhmədov isə bu dəfə hotelin adını «Santafe Beach» qoyub. Çox güman ki, növbəti ad dəyişməsinin də bir faydası olmayacaq. Ona görə ki, Xəzər Rayon Polis İdarəsinin rəisi Azər Muradov heç vaxt belə bir əxlaqsızlıq yuvasının işləməsinə göz yummaz və imkan verməz. Qeyd edək ki, pritonu aylıq icarəyə götürən Samir adlı şəxs burada bəzi təmir işləri həyata keçirib. Və may ayının 3-də obyekti açmağı planlaşdırırdı. Lakin gundelik-baku.com-un hotellə bağlı yayımladığı məlumatlardan sonra açılış mərasimi ayın 20-nə təxirə salınmışdı. Amma bu dəfə də açılış baş tutmadı. Deyilənə görə, Xəzər Rayon Polis İdarəsinin rəhbərliyi sözügedən obyektə güclü nəzarət edir. Bu isə hoteli icarəyə götürən Samir adlı şəxsi bərk narahat edib və onunla Kənan Əhmədov arasında mübahisə yaranıb. Hətta vəziyyət o həddə çatıb ki, Samir adlı şəxs obyekti sahibinə qaytarmaq istəyib. Sonradan tərəflər arasında razılıq əldə olunub, hotelin sahibi ona söz verib ki, yaranmış bütün problemləri yoluna qoyacaq. Hələ də heç bir problem yoluna qoyulmayıb. Çox güman ki, adıçəkilən hotel bundan sonra fəaliyyətini bir daha bərpa edə bilməyəcək. Onu da nəzərinizə çatdırmaq istəyirik ki, Dövlət Sərhəd Xidmətinin səlahiyyətli nümayəndələri onlara məxsus torpaq sahəsində yerləşən çimərliyin sökülməsi məqsədilə artıq əlaqədar dövlət orqanlarına müraciət ediblər. Yəqin ki, yaxın bir neçə gündə söküntü işlərinə başlanacaq. Araşdırmalarımız davam edir. Yazı ilə bağlı qarşı tərəfləri də dinləməyə hazırıq.