"Bu adam qanunla qadağan olunmuş fəaliyyətlə məşğuldur" - Gəncədən şikayət

24-05-2016, 10:11           

Azərbaycanın səhiyyə sistemində yaşanan biabırçılıqlar artıq pik həddə çatıb. Milli Məclisin qəbul etdiyi qanunlara əhəmiyyət verməyən Səhiyyə Nazirliyi hər nə qədər «səhiyyə xidmətləri pulsuzdur» desə də, göz qarşısında baş verənlər bunun tam tərsini söyləməyə imkan açır.
Amma bu qanunlarda qeyd olunan mühüm bir amil daha var. Həmin mühüm amil də abortun qanunla qadağan olmasıdır. Hərçənd bu qadağanın Gəncə səhiyyəsi üçün heç bir mənası və əhəmiyyəti yoxdur. Çünki şəhərin strateji tibb mərkəzlərindən biri olan Gəncə Dəmiryolu Poliklinikasında uşaq qatili olan həkim peyda olub. Ona gözün üstə qaşın var deyən də yoxdur.
JAM.AZ-a müraciət edən Gəncə saini Rasimə Əliyevə yazır ki, şəhər Dəmiryolu Poliklinikasının ginekoloqu Adilə Abbasova artıq bölgədə «uşaq qatili» olaraq ad çıxarıb. Onun sözlərinə görə, böyük maddi imkanlara sahib olan həkim, həm də sələmçi kimi tanınır. «Bu adam qanunla qadağan olunmuş fəaliyyətlə məşğuldur. Məhz bu qanunsuzluqlarından dolayı da milyonlara sahib olub. Artıq bu cinayət əməli onda hobbi halını alıb».
Rasimə Əliyev qeyd edir ki, baş verənlərlə bağlı Adilə Abbasovaya soruşduqda cavab olaraq bildirir ki, kimsədən çəkinəcəyi yoxdur. «Deyir ki, hüquq-mühafizə orqanlarının haqqını vaxtında verdiyi üçün kimsə ona dəyib, toxunmur. Hətta o qədər qəddarlaşıb ki, «lazım gələrsə, 9 aylıq körpəni də məhv edərəm» deməkdən çəkinmir».
Gəncə sakini JAM.AZ-a göndərdiyi məktubunda vurğulayır ki, Adilə Abbasovanın əməllərindən cana doymuş insanlar hər yerə şikayət ediblər. Lakin bütün bu şikayətlərə məhəl qoyan olmayıb. Onun sözlərinə görə, əgər həkimin əməllərinə son qoyulmasa, tez bir zamanda Gəncədə dəhşətli vəziyyət yaranacaq. «Görəsən,G Gəncə Şəhər Səhiyyə İdarəsi hara baxır? İnsanların taleyi ilə oynayan Adilə Abbasova kimi həkimləri dərhal səhiyyə sistemindən uzaqlaşdırmaq lazımdır».
Yazıda adı keçən şəxslərin və qurumların da mövqeyini yayımlamağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.