Goranboyun icra başçısının köməkçisi sərxoş vəziyyətdə ADAM VURDU - TƏFƏRRÜAT

29-11-2022, 12:00           
Goranboyun icra başçısının köməkçisi sərxoş vəziyyətdə ADAM VURDU - TƏFƏRRÜAT
7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Arifə Əliyeva paylaşım edib:

"Aldığım məlumata görə, Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin köməkçisi Əliyev Ülvi Xasay oğlu, bir neçə gün öncə sərxoş vəziyyətdə həmkəndlisi (Goranboy rayon Qaradağlı) kənd sakini Vəliyev Hazar Ehtiram oğlunu maşınla vurub.

Hadisə zamanı Hazar hər iki ayağından ciddi xəsarət aldığından əməliyyat olunub, lakin vəziyyəti ağırdır. Hadisə, Bakı -Qazax yolunundan Dəliməmmədli şəhərinin girişinə gedən hissədə "Tac" şadlıq sarayının qarşısında baş verib. İcra başçısı Məhərrəm Quliyevin istəyi ilə hadisə gizli saxlanılıb."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru