Vasif Talıbovun qardaşı həbsi xəbərindən DANIŞDI - "Qanun nəyi deyirsə, onu da eləmişəm"

30-11-2022, 14:06           
Vasif Talıbovun qardaşı həbsi xəbərindən DANIŞDI -

Ötən gün bır sıra saytlarda, sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun saxlanılması haqda xəbərlər yayılıb.

TEREF.AZ bildirir ki, məsələ ilə bağlı Manset.az Məhərrəm Talıbovla əlaqə saxlayıb. Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Məhərrəm Talıbov saxlanılması haqda xəbərlərin yalan olduğunu bildirib.

"Mənim saxlanılmağımla bağlı xəbərlər yalandır. Bunu yazanlar məqsədli şəkildə yazırlar. Mən uzun illər hüquq-mühafizə orqanlarında çalışmışam. Bu gün də çalışıram. Mən qanun adamıyam. Qanun nəyi deyirsə, onu da eləmişəm.

"Qaldı ki, bizim ailəmiz ömür boyu dövlətə, dövlətçiliyə bağlı olub. Biz daim Cənab Prezidentimizi dəstəkləmişik. Ümummilli lider Heydər Əliyevin siyasətinə sadiq olmuşuq. Bu gün də bu bağlılıq davam edir. Dövlətimizin bu gün həyata keçirdiyi islahatlara heç kəsin iradı ola bilməz, onu müzakirə edə bilməz. Allah cənab Prezidentimizi qorusun!"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.