Güneyli fəallara xəstəxanada da işgəncə verilir- 12 gün çarpayısına zəncirləyib saxlayıblıar

1-12-2022, 00:21           
Güneyli fəallara xəstəxanada da işgəncə verilir-
Tehranın bədnam Evin həbsxanasında saxlanan fəal xəstəliyinə görə tibb ocağına köçürüləndə 12 gün ərzində xəstəxana çarpayısına zəncirlənib, onun vəkili və ailəsi ilə əlaqə saxlamasına icazə verilməyib. Bu haqda İran Müəllimlər Birliyi Koordinasiya Şurasının həbsdə olan sözçüsünün məktubu yayılıb.

Şura Cəfər İbrahiminin məktubunu noyabrın 28-də dərc edib. Qurum bildirib ki, bu, həbsxana məmurlarının xəstə məhbusa mənfur münasibətinin göstəricisidir. “Onlar xəstəxananı mənim üçün həbsxanadan betər yerə çevirdilər”, – İbrahimi məktubunda yazır. O, qohumları və vəkillərindən xəbərsiz saxlanıldığını bildirir.

Evin həbsxanası məhbuslarla qəddar rəftara görə ad çıxarıb.

İranda işlədiyini iddia edən “Edalat-e Ali” adlı haker qrupu martda rejimin əsl üzünü açmaq üçün bu həbsxanadakı qeyri-insani şəraiti göstərən video yayıb.

İbrahimi müəllimlər birliyinin digər fəalları – Rəsul Bodagi, Əli Əkbər Bağani və Məhəmməd Həbibi ilə birlikdə aprelin 30-da təhlükəsizlik agentləri tərəfindən saxlanıb. Bu, İranda Müəllimlər Günü ilə üst-üstə düşən May günündə bir neçə şəhərdə nümayişlər öncəsi baş verib.

Fəallar etirazları Fransa müəllimlər birliyinin rəsmisi Sesil Kohler və onun tərəfdaşı Jak Parislə koordinasiya etməkdə suçlanıblar.

İran sözügedən Fransa vətəndaşlarını etirazçı iranlı müəllimlərlə əlaqələndirməyə çalışır. Həbslər isə etirazları gözdən salmaq, onları dayandırmaq üçün müəllimlərə təzyiqi artırmaq cəhdi kimi dəyərləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru