Yasamal RİH göz yaşlarına inanmır-VİDEO
24-05-2016, 15:43
“Başa düşmürəm, Yasamal RİH başçısı İbrahim Mehdiyev hara baxır?!”
Bu günlərdə Minval.az saytında xəbər verilirdi ki, Mirzağa Əliyev küçəsi, dalan 4, ev 3 ünvanında yaşayan Kəmalə Şəfiyevanın mənzilini, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri əmlak sahibi ilə razılaşmadan söküblər.
Şikayətçinin evi tamamilə uçurulub. Dağıntılar altında yorğan-döşək, məişət əşyaları, mebellər, hətta sənədlər də qalıb. Biz ünvana çatdığımız zaman çarəsiz qadın dağıntılar altından sənədlərini və bəzi qiymətli əşyalarını tapmağa çalışırdı.
“Sovetski” sakini K.Şəfiyeva icra nümayəndələrinin onun hüquqlarını pozaraq, mənzilini sökdüyünü, əşyaları ilə birlikdə külli miqdarda ziyan vurduğunu dedi: “Evim üçün heç bir kompensasiya verilmədiyi halda, zor tətbiq edərək, evimi sökdülər. 20-yə yaxın adam evin həyətinə toplaşmışdı. Söküntü zamanı icra hakimiyyətinin və Maliyyə Nazirliyinin nümayəndələri də burada idi. Onlara qanunsuz olaraq söküntü işi apardıqlarını desəm də, heç bir nəticə vermədi. Heç olmasa sənədlərimi, dissertasiya işlərimi götürmək üçün icazə istədim. Polis əməkdaşları qolumdan tutub, maşına əyləşdirdilər. Mənzildə olan bütün əşyalarım yararsız vəziyyətə düşdü. Hamısı söküntünün altında qalıb”.
Zərərçəkən ona dəyən maddi ziyanın 20 min manat məbləğində olduğunu bildirdi: “Bütün əşyalarım söküntü altında qaldı. Mebellərim, soyuducum, kondisionerim… Ümumiyyətlə, salamat bir şey qalmadı. Baş nazirin müavini Abid Şərifov deyirdi ki, “Sovetski”də heç kimin evi zorla sökülmür. Bəs, mənim evimi niyə sökdülər?” (minval.az).
Bakı şəhərinin Yasamal rayonunda yerləşən tarixi məhəllədir. Nəriman Nərimanov prospekti (keçmiş Sovetski prospekti) və Mirzə İbrahimov küçəsi arasında, Nizami və İbrahim Əbilov küçələrinin arasında yerləşir. Sovetskidə yaşı 100 ildən artıq olan tarixi binalar, muzeylər, məscidlər, hamamlar, Azərbaycanın tanınmış ziyalılarının yaşadıqları evlər yerləşir.
Sovetskinin ərazisi “Bayır şəhər” adı altında da tanınır.
2014-2016-cı illərdə ərazidə aparılan söküntü işləri ilə əlaqədər Sovetskidə yerləşən xeyli sayda yaşayış evi sökülüb. Sökülən evlərin arasında dövlət tərəfindən qorunan tarixi-memarlıq abidələri də var (vikipediya).
Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Səməd İslamov Kavkaznews.az-a açıqlamasında Kəmalə Şəfiyevanın sözlərini təkzib edib.hqdefault-6
“Biz evləri sahiblərin razılığı olmadan sökmürük. Kəmalə Şəfiyeva evinin sökülməsinə razılıq verdiyi protokolu imzalayıb”, – deyə S.İslamov bildirib.
“Kəmalə Şəfiyeva evinə görə pul alıbmı?” – deyə soruşduq.
“Yox, amma o, razılıq barədə protokolu imzalayıb. Siz baxardınız, o və qonşuları necə şəraitdə yaşayırdılar”, – deyə icra başçısının müavini cavab verib.
“Məgər bu ev onun şəxsi mülkiyyəti deyil?” sualına isə Səməd İslamovdan belə cavab aldıq: “O, protokol imzalayıb və indi söküntü zamanı gəlib. Ona məbləğ deyilib və bu məbləğə evini satmağa razılaşıb”.
“Alqı-satqıya qədər evi sökmək olarmı?” – deyə əməkdaşımız maraqlandı.
“Protokol imzalandıqdan bir gün sonra pul onun hesabına keçirilib”, – deyə Səməd İslamov dəstəyi asdı.
Kəmalə Şəfiyeva isə Kavkaznews.az-a bildirdi ki, onunla Yasamal RİH arasında heç bir alqı-satqı olmayıb.
“Maliyyə Nazirliyindən komissiya üzvü olan Cavanşir Yusifov mənə dedi ki, iyunun 10-una qədər alqı-satqı etmək üçün vaxtım var. Amma mayın 19-da Cavanşir Yusifov öz mövqeyini dəyişdi. Məndən tələb etdi ki, dərhal alqı-satqı edim”, – deyə K.Şəfiyeva bildirdi.
7-1O, bu tələbi rədd etdiyini qeyd etdi: “Evimin qarşısına buldozer gətirdilər. Məni və anamı polislər maşına itələdilər. Mən ağlayırdım və məni buraxmaları üçün yalvarırdım. Deyirdim ki, bütün əşyalarım evdə qalıb, amma heç kim bizi eşitmirdi. Evimiz tamamilə sökülənə qədər bizi şəhərdə gəzdirdilər. Bütün əşyalarımız dağılmış evdə qalmışdı. Başa düşmürəm, Yasamal RİH başçısı İbrahim Mehdiyev hara baxır?!”.
Yasamal RİH təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov da Səməd İslamovun sözlərini təsdiq elədi.
“Kəmalə Şəfiyeva rəsmi olaraq evinin sökülməsinə razılıq protokolunu imzalayıb”, – deyə Ş.Məmmədov bildirib.
“Protokolun imzalanması evin sökülməsi üçün yetərlidirmi?” – deyə soruşduq.
“Evin qiyməti məlumdur. Kəmalə Şəfiyeva razılıq verib. Söküntü üçün daha nə lazımdı1448956334_5-1r?”, – deyə Şahin Məmmədov sualımıza sualla cavab verdi.
“Bəs alqı-satqı olub?” sualına isə Yasamal RİH təmsilçisi belə cavab verdi: “Məndə olan məlumata görə, bəli. Amma bilirəm ki, Kəmalə Şəfiyeva razılıq verib. Bu, isə onun evini sökmək üçün yetərlidir”.
Tanınmış vəkil Elçin Sadıqov bildirib ki, qanun alqı-satqı olmadan evin sökülməsini qadağan edir.
“Amma qanunun bu tələbi praktikada yerinə yetirilmir”, – deyə E.Sadıqov Kavkaznews.az saytına açıqlamasında qeyd edib.