Saakaşvili xaricdə müalicə olunacaq?

1-12-2022, 11:42           
Saakaşvili xaricdə müalicə olunacaq?
"Mixail Saakaşvilini xaricə köçürməyə gəlincə, istər müalicə, istərsə də başqa məqsədlə, mahkumun müalicə və ya başqa məqsədlər üçün ölkədən kənara köçürülməsi ilə bağlı elə bir hüquqi norma yoxdur".

Publika.az xəbər verir ki, bunları Gürcüstanın Ədliyyə naziri Rati Breqadze "İmedi"nin efirində ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin xaricə ekstradisiyasına münasibət bildirərkən söləyib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyi öz səlahiyyətləri çərçivəsində məhkum Saakaşviliyə istənilən klinikadan istənilən həkimi gətirməyi təklif edib.

Nazir işarə edib ki, Saakaşvili səhhəti ətrafında baş verənlər müalicə ilə bağlı deyil, ona azadlıq qazandırmaq istəyirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.