Buzovnada evə basqın zamanı bıçaqlanan qadın xəstəxanada ölüb

1-12-2022, 16:31           
Buzovnada evə basqın zamanı bıçaqlanan qadın xəstəxanada ölüb
Buzovnada iki gün əvvəl evə basqın zaman başından bıçaqlanan qadın ölüb.

TEREF.AZ xəbər verir ki, 1945-ci il təvəllüdlü Şahirə Muradova bu gün xəstəxanada keçinib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Bununla da hadisə nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində evə basqın edilib. Basqın zamanı 1939-cu il təvəllüdlü Elbrus Muradov bıçaqlanaraq öldürülüb. Onun bıçaq xəsarətləri alan həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradova, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov xəstəxanaya yerləşdirilib.

Rahil Muradov həmin gün xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru