TALIBOVUN SÜRÜCÜSÜ BAKIYA GƏTİRİLDİ – Naxçıvanda yeni həbslər var

3-12-2022, 18:38           
TALIBOVUN SÜRÜCÜSÜ BAKIYA GƏTİRİLDİ –
Naxçıvan Muxtar Respublikasında (NMR) anti-korrupsiya əməliyyatları və həbslər davam etdirilir.

“AzPolitika.info”-nun mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, bu çərçivədə Muxtar Respublikanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov və Naxçıvan Şəhər Tikinti İdarəsinin rəisi saxlanılaraq Bakıya gətiriliblər.

“Ovqat.com” saytının baş redaktoru Heydər Oğuz isə “Feysbuk” səhifəsində NMR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun cangüdəni və sürücüsü Həsən Əhmədovun həbs edildiyi, Bakıya gətirilərək DTX-da dindirildiyi barədə məlumat yayıb.

Saxlanılanlardan Hicran Rüstəmov külli miqdarda dövlət vəsaitini mənimsəməkdə, Həsən Əhmədov isə vətəndaşların əmlakını zorla ələ keçirməkdə şübhəli bilinirlər.

Heydər Oğuzun yazdığına görə, İranla sərhəddə fəaliyyət göstərən Şahtaxtı gömrük məntəqəsinin rəisi və bəzi işçiləri də saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru