Astronavtlar BKS-dən açıq kosmosa çıxıb

4-12-2022, 09:14           
Astronavtlar BKS-dən açıq kosmosa çıxıb
Kassada və Rubionun əvvəlki kosmosa çıxışı noyabrın 15-də baş tutub

Amerikalı astronavtlar Coş Kassada və Frenk Rubio “iROSA” günəş panellərinin quraşdırılması üzrə işlər aparmaq üçün Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq açıq kosmosa çıxıblar.

AYNA TASS-a istinadən xəbər verir ki, bu prosesin canlı yayımı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında həyata keçirilir.

Çıxış Bakı vaxtı ilə saat 16:16-da skafandrların avtonom enerji qəbuluna keçməsi ilə başlayıb. Astronavtlar kosmosda olacağı 7 saat ərzində həmçinin orbital stansiyanın dəyişdirilməsi ilə bağlı işləri də yerinə yetirəcəklər.

Kassada və Rubionun əvvəlki kosmosa çıxışı noyabrın 15-də baş tutub. O zaman onlar “iROSA”nın quraşdırılması üçün konstruksiya hazırlamışdılar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.