ABŞ Hərbi Dəniz Qüvvələri İranın silah daşıyan gəmisini saxlayıb

4-12-2022, 09:35           
ABŞ Hərbi Dəniz Qüvvələri İranın silah daşıyan gəmisini saxlayıb
ABŞ Hərbi Dəniz Qüvvələri Oman körfəzində qeyri-qanuni olaraq 50 tondan çox döyüş sursatı, məsafədən idarə olunan partlayıcılar və raketlər üçün yanacaq daşıyan balıqçı gəmisini saxlayıblar.Bu barədə Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin şənbə günü yaydığı məlumatda deyilir.

Məlumata görə, gəmi İrandan Yəmənə gedən dəniz yolunda, Oman körfəzində ələ keçib.

ABŞ səlahiyyətlilərinə görə, Tehranın Yəmənə hərbi yardımı Husi üsyançılarının “Ənsar Allah” şiə hərəkatı üçün nəzərdə tutulub ki, bu da BMT Təhlükəsizlik Şurasının 2216 saylı qətnaməsini və beynəlxalq hüququ pozur. (Mənbə: TASS)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru