Dağıstanın keçmiş rəhbəri vəfat edib

5-12-2022, 08:07           
Dağıstanın keçmiş rəhbəri vəfat edib
Dağıstan Dövlət Şurasının keçmiş sədri Maqomedali Maqomedov 92 yaşında vəfat edib. APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Dağıstanın hazırkı rəhbəri Sergey Melikov "Telegram" kanalında məlumat verib.

"Dağıstan Respublikası Dövlət Şurasının fəxri sədri, Dağıstanın və Rusiyanın əsl vətənpərvər, müdrik insanı, Maqomedali Maqomedoviç Maqomedov dünyasını dəyişib", - deyə Melikov bildirib.

Qeyd edək ki, Maqomedali Maqomedoviç Maqomedov 1930-cu il iyunun 15-də Dağıstan Muxtar Sovet Sosialist Respublikasının Levaşi kəndində anadan olub.

1979-cu ildən respublika hökumətində, əvvəlcə Dağıstan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Nazirlər Soveti sədrinin müavini, 1983-cü ilin may ayından Nazirlər Sovetinin sədri vəzifələrində çalışıb.

1987-ci ildə Dağıstan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri, 1994-cü ildə isə Dağıstan Dövlət Şurasına sədr seçilib.

2006-cı ildə prezident Vladimir Putinlə görüşdən sonra o, vaxtından əvvəl istefa verdiyini elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru