DÜNYANIN ƏN YÜNGÜL NOUTBUKU

7-12-2022, 09:25           
DÜNYANIN ƏN YÜNGÜL NOUTBUKU
“Asus” dünyanın ən yüngül noutbukunu təqdim edib.

Tribunainfo.az xəbər verir ki, 14 dümylük bu cihazın çəkisi isə cəmi 880 qramdır.

“ExpertBook B9” adlı noutbukun əsas hissələri maqnezium ərintisindən hazırlanıb.


Noutbukda 14 düymlük Full HD (1920×1080) ekran, 12-ci nəsil “Intel Core” prosessoru, müvafiq olaraq 16GB və ya 32GB yaddaşa malikdir. 1TB və ya 2TB SSD ilə birləşdirilmiş “Intel Iris Xe” inteqrasiya olunmuş qrafika var.

Onun ekranı 180 dərəcəyə qədər əyilə bilir. Noutbuk 66 Vatt gücündə batareyaya malikdir. Bunun sayəsində o 16 saata qədər enerji yığmadan işləyə bilər.

Qeyd edək ki, Çində satışa çıxarılan bu noutbukun qiyməti 2800 dollardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru