Ukraynada bir gecədə İranın 10 kamikadze-dronu məhv edildi

11-12-2022, 00:20           
Ukraynada bir gecədə İranın 10 kamikadze-dronu məhv edildi
u arada dekabrın 10-na keçən gecə rus işğalçıları İranın “Şahed-136/131” kamikadze pilotsuz təyyarələri ilə Ukraynaya hücum ediblər. 15 pilotsuz təyyarədən 10-u məhv edilib.
Teref.az Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının məlumatına istinadla xəbər verir ki, gecə saatlarında Ukraynanın cənub bölgələri hücuma məruz qalıb.

“Dekabrın 10-na keçən gecə rus işğalçıları İran istehsalı olan “Şahed-136/131” kamikadze pilotsuz təyyarələri ilə Ukraynanın cənubuna hücum ediblər. Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin “Cənub” hava komandanlığının bölmələri Xerson, Nikolayev və Odessa vilayətlərinin səmasında düşmənin 10 pilotsuz təyyarəsini vurub”, – açıqlamada deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru