Ukraynada daha bir rus pilotu məhv edildi – Suriyada da dinc əhalini bombalamışdı (FOTO)

11-12-2022, 08:47           
Ukraynada daha bir rus pilotu məhv edildi –
3 dəfə “İgidliyə görə” ordeni ilə təltif olunmuş hərbi pilot, mayor Aleksey Borovikov Ukraynada davam edən müharibədə məhv edilib.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, Rusiya ordusuna aid “K-52”(“Alleqator”) hərbi helikopterinin vurulması nəticəsində bütün ekipaj üzvləri həlak olub.

Ukrayna mətbuatı yazır ki, rus ordusunun təcrübəli pilotlarından olan və “Boroda”(saqqal) ləqəbi ilə tanınan Borovikov Ukraynadakı işğalçılıq müharibəsindən əvvəl Suriyada da dinc əhalini bombalaması ilə “seçilib”. Artıq Borovikovun ölümünü Kremlə yaxın KİV-lər də təsdiqləyib. Xəbərdə qeyd olunur ki, “K-52”-nin məhv edilmiş bütün ekipaj üzvlərinə “Rusiya qəhrəmanı” adı verilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru