İranda daha bir etirazçı dar ağacından asılıb

12-12-2022, 11:12           
İranda daha bir etirazçı dar ağacından asılıb
İranın Məşhəd şəhərində Məcid Rza Rahnəvərd icimaiyyətin qarşısında dar ağacından asılıb.

“Report” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Xorasan-Rezevi əyalətinin ədliyyə idarəsinin başçısı Qulaməli Sadeqi bildirib.

Onun sözlərinə görə, edam hökmü “əmin-amanlığın, təhlükəsizliyin bərpa olunması uğrunda qiyamçılara və qanunu pozanlara qarşı mübarizə” çərçivəsində icra olunub.

Bildirilib ki, İran İnqilab Məhkəməsinin Məşhəddəki bölməsi Məcid Rza Rahnəvərd barəsində 23 gün əvvəl ölüm hökmü çıxanb. Hökmü dekbarın 12-də səhər saatlarında icra olunub.

Qeyd edək ki, bu, barəsində ölüm hökmü çıxarılan ikinci edamdır. Bundan əvvəl Möhsün Şekari dar ağacından asılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru