Aktiv olmayan Tvitter hesabları silinəcək

14-12-2022, 08:07           
Aktiv olmayan Tvitter hesabları silinəcək
Oktyabr ayında “Twitter” sosial şəbəkəsini alan milyarder İlon Mask bir sıra dəyişiklikləri tətbiq etməyə başlayıb.

Mask bir neçə ay ərzində sosial şəbəkədəki bütün hesabların köhnə mavi təsdiq nişanlarını itirəcəyini deyib:

“Bir neçə ay ərzində biz bütün köhnə mavi işarələri yığışdıracağıq. Onların verilmə üsulu korrupsioner və mənasız idi”, – İlon bildirib.

Bununla belə, “iPhone” cihazları vasitəsilə ödəniş edərək “Twitter Blue” funksiyasından istifadə etmək mümkün olacaq. Amma bu istifadəçilər üçün 7,99 dollar əvəzinə 11 dollara başa gələcək.

İlon Mask 1,5 milyarda yaxın aktiv olmayan “Twitter” hesabının tezliklə silinəcəyini də qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru