“Saakaşvili həbsxanada qalsa, bu, onun üçün ölüm olacaq”

19-12-2022, 09:14           
“Saakaşvili həbsxanada qalsa, bu, onun üçün ölüm olacaq”
Gürcüstanda sabiq Prezident Mixeil Saakaşviliyə növbəti dəstək aksiyası keçirilib.

Aksiya Bidzina İvanişvilinin evinin yaxınlığında keçirilib. Mitinqdə Vahid Milli Hərəkat Partiyasının üzvləri və tərəfdarları iştirak edib.

Aksiya iştirakçıları bildiriblər ki, bugünkü hərəkətlə onlar Bidzina İvanişviliyə konkret mesaj veriblər: “Məhkəmə Saakaşvilini ən pis vəziyyətdə həbsxanada saxlasa, bu, onun üçün ölüm hökmü olacaq. Bu halda Bidzina İvanişvilinin evləri etirazın mərkəzinə çevriləcək. Aksiyalar intensiv hal alacaq”.

Qeyd edək ki, növbəti mitinq dekabrın 22-nə planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru