Almaniya xəstəxanalarında yerlər dolub

19-12-2022, 12:14           
Almaniya xəstəxanalarında yerlər dolub
Almaniyada əhalinin xəstələnmə nisbəti tarixdə ən yüksək həddə çatıb. Artıq reanimasiya şöbələrində pulsuz çarpayılar qalmayıb.

Bu barədə Almaniya Reanimasiya və Təcili Tibbi Yardım Cəmiyyətinin prezidenti Kristian Karagiannidis məlumat verib.

O, çıxış yolu kimi ölkənin səhiyyə sistemində əsaslı islahatlara çağırıb.

Karagiannidisin sözlərinə görə, hər il təxminən 500 min səhiyyə işçisi təqaüdə çıxır. Onun fikrincə, bu sahədə yaxın gələcəkdə milyonlarla vakant yer boş qalacaq və növbəti 10 il ərzində Almaniya bu vəziyyətdən çıxa bilməyəcək.

Mənbə: rossaprimavera.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru